İnternet nəhənginin mütəxəssisləri "Google+" sosial şəbəkəsinə "Google Translate" tərcümə xidmətini inteqrasiya edib. Beləliklə, sözügedən sosial şəbəkənin istifadəçiləri başqa dillərdə dərc edilən materialları başa düşə biləcəklər.

Maraqlı özəlliklərdən biri odur ki, inteqrasiya edilmiş xidmət "Google+" sosial şəbəkəsində bütün səhifələri deyil, yalnız lazımi bölmələri – şərhləri və ya xəbər lentlərindəki mesajları tərcümə edir. Bundan ötrü hər bir müvafiq blokda "Google Translate" adlanan xüsusi düymə peyda olur.