Apple, yeni ağıllı telefonunu Sentyabr ayında bazara çıxartmağa hazırlaşır. Növbəti iPhone-nun malik olacağı gözlənilən xüsusiyyətlər aşağıdakılardır. Amerikanın “Apple” şirkəti çoxdan bəri öz yenilikləri haqqında informasiyanın KİV-ə “təsadüfi” sızdırılması ilə məşhurdur. Kafedə gözlənilmədən "unudulmuş" “iPhone” prototipini xatırlamaq kifayətdir. Yerli riteylər tərəfindən göndərilmiş “iPhone 5S” smartfonunun yeni "büdcə"yə uyğun modelinin press-fotosunu dərc olunub.


iPhone 5S - Apple-in bazara çıxaracağı yeni iPhone modelinə iPhone 5S adının verilməsi telefonun iPhone 5 ilə eyni görünüşə malik olacağı gözlənilir.


Fərqi içindədir- Xarici görünüşü eyni olsa da, iPhone 5S-in içinin iPhone 5 ilə eyni olmayacağı deyilir.


Daha sürətli - iPhone 5Sin Apple-in yeni nəsil prosessoru olan A7 prosessora təchiz ediləcəyi təxmin edilir.


Yeni batareya - iPhone 5S-in yeni bir növ batareyaya malik olacağı və bu batareya sayəsində telefonun batareya ömürünün uzanacağı da ortaya atılan iddialar arasındadır.


Yeni kamera - iPhone 5S-in kamerasının da əvvəlki modellərdən yaxşı olması gözlənilir.


Cüt flaş - Apple-in iPhone 5S-ə cüt LED-li flaş əlavə edərək fotoşəkillərdəki qırmızı göz problemini aradan qaldırmağa  çalışdığı bildirilir.


Barmaq izi skaneri - iPhone 5S haqqında ortaya atılan ən maraqlı iddialardan biri də telefonun barmaq izi skanerinə sahib olacağı barədədir.


Skanerli menyu düyməsi - İddialara görə iPhone 5S-in ana menyu düyməsində bir barmaq izi skaneri olacaq. Bu düymənin dözümlü safirden emal ediləcəyi söylənilir. 


Sentyabrda çıxır - Apple, yeni iPhone 5S-ni 10 Sentyabrda təqdimatını keçirəcək. Telefonun 20 Sentyabrda isə satışa çıxması gözlənilir.