Turkcell-in hazırladığı və Türkiyədə istehsal olunacaq ağıllı telefon (smartfon) T40, sentyabrın sonunda bazara təqdim ediləcək.


Ağıllı telefon istifadəsini çoxaldaraq data gəlirlərini artırmağı hədəfləyən Turkcell, dizaynı Türkiyədə hazırlanan və Çinlə birlikdə Türkiyədə istehsal ediləcək ağıllı telefonu T40-ı sentyabr ayı sonunda bazara təqdim edəcək.


Turkcell-in Baş müdiri  Süreyya Ciliv, ABŞ-ın çip istehsalçısı Qualcomm ilə əməkdaşlıq nəticəsində inkişaf etdirilən ağıllı telefon T40-ı, Turkcell-in fəaliyyət göstərdiyi doqquz ölkədə (O cümlədən Azərbaycanda. Türkcüll-in Azercell-də 42% payı var) də satışa təqdim etməyi planlaşdırdıqlarını söyləyib.


Ciliv, türk istehsalçılarla da danışıqlar apardıqlarını söyləyib. “T40-ın bir qisimi Çində, sonra isə 2013-cü ci il başa çatmadan Türkiyədə istehsalına başlanılacaq", - o deyib.


 


Telefonu münasib bir qiymətlə bazara təqdim edəcəklərini söyləyən Ciliv, son qiyməti satışa yaxın bəyan edəcəklərini bildirib.


Ciliv, T40 ilə cihaz satışından gəlir götürməkdən daha çox münasib bir qiymət ilə bazara ağıllı telefon təqdim edərək data istifadəsini artırıb, gəlirlərini artırmağı hədəflədiklərini söyləyib.


Turkcell-in 2010-cu ildən etibarən satışa təqdim etdiyi T seriyalı telefonlardan 1 milyon ədəd satıldığını söyləyən Ciliv, bu satışların xarici ticarət kəsirini 500 milyon lirə aşağı saldığını qeyd edib.


 


Turkcell-in Baş Müdiri Süreyya Ciliv, T40-ın səs-küy əngəlləmə, yüksək dəqiqlikli səs, surround səs və nizamlana bilən istifadəçi interfeysi kimi xüsusiyyətləri olacağını söyləyib. Android əməliyyat sistemi platformasında işləyəcək T40, Qualcomm-un cüt nüvə prosessoru və 1 GB RAM ilə təchiz ediləcək.


Məlumata görə, Türkiyəyə idxal olunan telefonların 57%-i ağıllı telefonlardır. Bu nisbətin artması səbəbilə  satılan telefonların orta qiyməti 300  dollara düşüb. Ölkəyə 15 milyon ədəd olmaqla hər il 5 milyard dollarlıq telefon idxal olunur.