Son zamanlar "Google" şirkətinin dizaynerləri dünyanın ən böyük axtarış sisteminin əsas səhifəsində tez-tez "bayram" loqoları yerləşdirməyə başlayıblar. Yeni tədris ilinin ilk günü şərəfinə saytın əsas səhifəsində rəngbərəng hərflərlə yazılmış "Google" sözünün əvəzinə müvafiq foto yerləşdirilib.

Qeyd edək ki, "Google" şirkəti axtarış sisteminin əsas səhifəsindəki ənənəvi loqosunu bayramlar, həmçinin əlamətdar tarixi hadisələr zamanı dəyişdirir.