Azərbaycanın "Smart Systems Technology" şirkəti IP-TV xidmətini kimi kommersiya məqsədilə istismara buraxıb.


Şirkətin məlumatına görə, xidmətdən istifadə üçün aylıq abunə haqqı dörd manat təşkil edir. Kanalların sayı isə 80-120 ədəd aralığında dəyişir.


 


Xidmətdən istifadə etmək üçün, ADSL xidmətinin abunəçilərinə müvafiq avadanlıq (Set-Top-Box) təklif edilir.


Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB) IP-TV siqnallarını "Smart Systems Technology" operatorunun şəbəkəsinə ötürür.