Koreyanın “Samsung Electronics” şirkəti bu gün “IFA 2013” sərgisində “Galaxy Gear” “ağıllı” saatı daxil olmaqla, öz yeni mobil həllərini təqdim edib. Ekspertlərin əksəriyyəti əmindir ki, sözügedən “ağıllı” saatlar elektron cihaz təkamülünün növbəti mərhələsidir.
Şirkət, həmçinin öz qabaqcıl smartfon və planşetinin yeni versiyalarını təqdim edib. Ekspertlərin əksəriyyətinin hesab etdiyi kimi, “Samsung” şirkəti “Gear” qurğusunu sərbəst cihaz kimi deyil, yeni “Galaxy Note 3” smartfonu və ya “Galaxy Tab 10.1 2014 Edition” planşetinə ortaq qurğu kimi təsvir edib. “Gear” qurğusu görünüşcə böyük elektron qol saatına oxşayır və sensor ekran və daxili kamera ilə təchiz edilib. Bundan başqa, “Gear” üçün tətbiq və oyunları ayrıca layihələşdirmək lazım gəlib, çünki smartfon tətbiqləri sözügedən saatın kiçik ekranına yerləşmir.
“Samsung”dan bildirilib ki, şirkət “Gear” cihazında saat və smartfonun iş prinsiplərini birləşdirməyə çalışıb, buna görə də qurğudan həm daxili hava müştərisi ilə təchiz edilmiş adi saat, həm də internet-kommunikasiya üçün qabaqcıl cihaz kimi istifadə etmək olar.
“Ağıllı” saat 800 MHs takt tezlikli prosessor, 512 MB əməli yaddaşla təchiz edilib. Sensor ekranın diaqonalı 1,63 düym, təsvir ölçüsü 320x320 piksel təşkil edir və o, “SuperAMOLED” texnologiyası üzrə hazırlanıb.
“Gear” “ağıllı” saatlarının korpusu alüminiumdan işlənib hazırlanıb. Onun interfeysi görünüşcə “Windows Phone” platformasına oxşayır.
Sözügedən saatların qayışı alıcının istəyindən asılı olaraq altı rəngdən birində hazırlana bilər. Qayışa kamera quraşdırılıb və onun təsvir ölçüsü 1,9 meqapiksel təşkil edir. Çəkilmiş fotoların təsvir ölçüsü 1392x1392 və ya 1280x960 piksel ola bilər. Həmçinin video çəkmək olar, lakin onun uzunluğu 10 saniyə təşkil edə bilər.
“Ağıllı” saat sensor ekranın köməkliyi ilə idarə edilir. Tədarük dəstinə səsli əmri dəstəkləyən “S Voice”, fotoqalereya, musiqi pleyeri, addımölçən və digər tətbiqlər daxildir. Qurğu sentyabrın 25-də bütün dünyada 299 dollar qiymətinə satışa çıxarılacaq.



