Pepsi brendi üzərində Moskvanın panoramaları olan yeni kolleksiyasını təqdim etdi. Dizayn xüsusilə şəhərin salınması gününə həsr olunmuşdur. Pepsi qutularında Moskva Dövlət universiteti, Moskva univermağı və Puşkin meydanının təsvirləri var. Məhdudlaşdırılmış məhsul seriyası bu ay satışa çıxarılacaq. Həmçinin Pepsi "Qeyri-adi Moskva muzeylərinə ekskursiya qazan" adı altında reklam kampaniyası keçirir. Oktyabrın 10-dək alıcılara qeydiyyatdan keçmək və paytaxt muzeylərinə bilet qazanmaq təklif olunur. Kampaniyada "Bulqakov muzeyi, Eksperimentanium, Retro avtomobil muzeyi, Animasiya muzeyi, Mosfilm muzeyi, Müasir incəsənət muzeyi, Multimedia Art muzeyi" iştirak edəcək.
Rusiyanın şəhərləri ilk dəfə deyil ki, Pepsi qutularında təsvir olunur. Bundan əvvəl brend üzərində Kazan şəhəri, Peterburq Beynəlxalq İqtisadiyyat forumu üçün şimal paytaxtının görüntüləri təsvir olunmuşdur.
.jpg)