Maykl Ceksonun "Thriller" klipi animasiya filmi şəklində yenidən çəkildi. Klipdə personajlar kimi Lego konstruktorunun detallarından toplanmış fiqurlar çıxış edir. Video çarxı Vimeo saytından izləmək olar.
Klipin animasiyası Berlinin "Talking Animals" studiyası tərəfindən hazırlandı. Tanınmış rejissor-multiplikator və komik "Annette Jung" çarxda "rejissor-multiplikator" qismində çıxış edir. 2013-cü ilin əvvəllərində də Junq, Maykl Cekson-a həsr edilmiş qısa cizgi filmi çəkmişdi. "Dance" adlı videoda Lego-dan hazırlanmış müğənni musiqisiz rəqs edir.
Lego detallarından istifadə edərək digər məşhur mahnıların klipləri arasında — YouTube-istifadəçisi Cometgreen-nin mahnısına LCD Soundsystem «All My Friends» və Mişel Qondrinin çəkdiyi «Fell in Love with a Girl» White Stripe mahnısının roliki də yer alır.
1983-cü ildə ərsəyə gəlmiş Maykl Ceksonunun "Thriller" mahnısı üçün çəkilmiş qısametrajlı filmi dünyada ən məşhur musiqi çarxlarının sırasına daxil olur. 1999-cu ildə süzügedən video çarx, MTV versiyasına görə o vaxların ən çox izlənilən kliplərinin siyahısına başçılıq edib.