Reklam çarxı Mother agentliyi ilə MPC şirkətinin birgə layihəsidir. Burada hər şey var-kompyuter qrafikasından tutmuş musiqiyə qədər. Sujet xətti ilk saniyələrdən bizi başqa bir mistik və absurd reallığa aparır. Çarxın rejissoru Conni Xardstaff tamaşaçıların diqqətini gözəl və incə bir üsulla qadın, kişi, alma, ilan obrazlarına cəlb edərək alma şirəsi və limonaddan hazırlanmış Smirnoff Apple Bite arağından ibarət olan kokteyli təqdim edir.