"Virgin Mobile" mobil operatoru ekranda baş verən hadisələri sadəcə gözləri qırpmaqla idarə edən maraqlı Blinkwashing video çarxını təqdim etdi. İnteraktiv video çarx "YouTube" da təqdim olunan "Sizin beyninizin hazırlanması" adlı reklam kampaniyasının davamı oldu. Burada istifadəçinin videonu idarə edəcəyi və yaxud videonun istifadəçini idarə edəcəyi sualı verilmişdir.
Mother New York agentliyinin işçiləri növbəti tədqiqat zamanı insanların "Virgin Mobile" ın üstünlüklərindən xəbərdar olduqları halda bəzi səbəblərə görə indiyə qədər onun xidmələrindən istifadə etmədiklərini görəndə layihənin ideyasını fikirləşdilər. Kreatorların fikrincə 2.5 dəqiqə ərzində istifadəçilərin diqqətini cəlb edərək bütün lazımi məlumatı onlara çatdıra bilərlər.