İngiltərənin iş portalı Reed.co.uk superqəhrəman kapitan Ridın iştirakı ilə insanlara öz peşəsini dəyişməyə kömək edən yeni reklam çarxını təqdim etdi. Məzəli reklam çarxında insanların peşələrini dəyişmələri və bunun ətrafdakılara sevinc bəxş etməsi nümayiş olunur.
Portalın marketinq direktoru Mark Rodos bəyan edir ki, insanlara doğurdan da uyğun işin tapılması portalın əsas missiyasıdır. Ingiltərə televeziya kanallarında 10, 30 və 40 saniyəlik video çarxlar nümayiş olunmağa başlayıb. Qeyd edək ki, Reed.co.uk yerli saytlar arasında aparıcıdır.