Yaponiyanın Sony korporasiyasının prezidenti və baş icraçı direktoru vəzifəsini cari ilin aprel ayından etibarən şirkətin 51 yaşlı vitse-prezidenti Kazuo Xirai tutacaq.
O, bu vəzifədə 2012-ci ilin iyunundan şirkətin Direktorlar Şurasının sədri səlahiyyətlərini icra edəcək Hovard Stringeri əvəz edəcək, RİA Novosti yazır.
Kazuo Xirai vəzifəyə Sony-nin mürəkkəb maliyyə vəziyyətində olduğu bir məqamda gəlir. Belə ki, artıq ardıcıl olaraq dördüncü ildir iri yapon korporasiyası ziyanla işləyir, şirkətin səhmləri 20 illik minimuma enib.