Mürəkkəbi içində olan və maqnitlərdən ibarət olan qələm "Polar" adlanır. Maqnitlər müxtəlif fiqurlar formasında yığıla bilir və bu da yaradıcı insanlar üçün geniş imkanlar açır. Bu qələmdən planşetdə rəsm çəkmək üçün də istifadə etmək olar.


Video çarxda "möcüzə" qələmin necə işlədiyi nümayiş olunur. Bu qələmin prototipini Endryu Qardner yaradıb. Qələm gümüşü və qızılı rəngdə təqdim olunub.