Hər il Unilever şirkəti Lipton çayının unikal dizaynlı və hədiyyəli promo-dəsti ilə istifadəçiləri təəccübləndirir. Bu il gənc auditoriya üçün maraqlı və dəbli konsepsiya hazırlamaq qarşıda duran əsas vəzifə idi.



Əllə çəkilmiş illüstrasiyaların süjetləri sosial şəbəkələrdə və bloqlarda olan fotokartlardan ruhlanmışdır. Onlar sanki bizi fərqli Amerika, müasir Avropa və qızmar çimərlikləri ilə məşhur Braziliya ilə tanış edən hansısa səyahətçinin İnstagram lentindən olan kollajlardır.


Məhdud sayda hazırlanmış Lipton stəkanlarının seriyası artıq satışdadır. Dəstin tərkibinə 50 paketlik 2 bağlama Lipton Yellow çayı daxildir.