Amerikan repçi Snup Doq fotomodel Keyt Apton ilə Hot Pockets (Nestle şirkəti) brendinin reklam çarxında çəkildi.
Yeni Hot Pockets reklam çarxı qaradərili Biz Markinin 1989-cu ildə Amerikanın ən yaxşı hit onluğuna daxil olan "Just a friend" sinqlına yumoristik remiks kimi çəkilmişdi.
Çarxın sujetinə əsasən Keyt Apton yuxusunda Snup Doq ilə görüşür və onlar birlikdə marixuanna dağları, Hot Pockets brendinin hazır və xırıltılı məhsulları ilə bol olan, psixolaji görüntülü fantastik dünyaya yollanırlar.
Brend ilə ilk dəfə deyil ki, əməkdaşlıq edən Snup Doq bildirdi: "Mən Hot Pockets komandası ilə işləməyi sevirəm, onlar mənə sevdiyim hər şeyi etməyə imkan yaradırlar. Bizim yeni çarxımız əvvəlkindən daha gülməli alındı."
Çarxın qadın qəhrəmanı Keyt Apton əlavə etdi: "Mən yüksək keyfiyyətli əti və Hot Pockets sendviçlərinin xırıldayan qabığını çox sevirəm Ona görə bu məhsulun fanatlarını başa düşürəm-belə ləziz qida qarşısında dayanmaq çox çətindir."