ABŞ-ın "Polaroid" korporasiyası fotoaparat və smartfonun hibridi olan "SC1630 Camera Phone"u təqdim edib.


3,3 düymlük ekranı olan kamerafon "Google Android" əməliyyat sistemində çalışır.

Milli.Az "Gizmodo"ya istinadən bildirir ki, "Polariod"in kamerafonunun 16 meqapiksellik kamerasının 16 meqapiksellik CMOS matrisi, üçqşat optik zumu və ən başlıcası, 36-180 mm-lik fokus obyektivi var.

"Polariod" öz "Camera Phone"nu bu gün ABŞ-ın Las-Veqas şəhərində açılmış CES (Consumer Electronics Show 2012) sərgisində təqdim edib. Korporasiyanın icraçı vitse-prezidenti Emmanuel Voronun dediyinə görə, kamerafon apreldə ABŞ-da 300 dollara satılmağa başlayacaq.