"Google" "FlexyCore" şirkətini satın alıb. Sonuncu "Android" əməliyyat sistemini optimallaşdırmağa icazə verən "DroidBooster"  tətbiqinin yaradıcısıdır.

"Google" şirkəti bu satınalmaya 16,9 milyon avro ödəyib. Satınalma üçün hazırlıq hələ bir il əvvəldən başlanıb və saziş yalnız bu ayın əvvəlində bağlanıb. "FlexyCore" şirkətinin əməkdaşları "Android" mobil əməliyyat sisteminin üzərində işləyən komandaya qoşulub.

"DroidBooster" tətbiqi artıq "Play Store" mağazasından silinib. Ehtimal ki, onun funksional imkanları "Android" əməliyyat sisteminin gələcək versiyalarından birinə inteqrasiya ediləcək.