River island brendi noyabrda bütün dünya üzrə satışa çıxarılacaq yeni qış kolleksiyasını məşhur müğənni Rihannanın iştirakı ilə təqdim etdi.


"Yeni kolleksiyaya 40 növdə qlamur və cəzbedici, bir sözlə əsl əyləncə gecələrinə uyğun geyimlər daxildir. Onların arasında kostyumlar, donlar, jaketlər, cins kombinzonlar və s. geyimlər var. Bu kolleksiyanın digərlərindən fərqi rənginin və materialının daha dayanıqlı, yumşaq olmasıdır. Bununla da biz Rihannanın cəsurluğunu nümayiş etdirmək istəmişik." - kampaniyanın təmsilçiləri bildirdilər



"River İsland" ilə əməkdaşlıq mənim üçün yeni təcrübə idi. Onlar əvvəldən mənə istədiyimi etməyə imkan yaratdılar."- Rihanna etiraf etdi.


Kolleksiyada həmçinin skin-şalvarlar, ətəklər, şortlar, süni xəzli gödəkçələr yer almışdır.


"River İsland" Ingiltərənin bütün şəhərlərində, həmçinin Sinqapur, Ukrayna, Rusiya, İspaniya, Polşa, Türkiyə və Gürcüstanın mağazalarında satılır.