"Sony Viet" saytı "Android" platforması ilə işləyən "Sony Xperia Z1S" smartfonunun fotosunu dərc edib. Qeyd edək ki, aparat hələ elan edilməyib. Bu cihaz HD təsvir ölçülü 4,3 düymlük ekranla təchiz ediləcək, batareyanın tutumu 2300 milliamper/saat təşkil edəcək. Sonuncu 5 düymlük "Xperia Z" ilə müqayisədə aşağı göstəricidir. Hələlik yenilik haqqında heç bir əlavə məlumat yoxdur. "Sony Xperia Z1S" smartfonunun noyabrın 12-də Şanxayda elan ediləcəyi gözlənilir.

