Samsung şirkəti GALAXY S4 smartfonunun reklam kampaniyası çərçivəsində 28 min şəkildən ibarət, dünyada ən böyük foto albomunu yaratdı. Reklam kampaniyası 25 iyuldan start götürdü və 10 gün ərzində davam etdi. Bu müddət ərzində istifadəçilərə öz gündəlik həyatlarından çəkilmiş 10 şəkil yükləmək təklif olunurdu. Məhz bu şəkillər foto alboma daxil edilmişdir. 


 


Kampaniya ərzində Samsung 36 min şəkil toplamışdır. Nəticədə hər biri 5x8 metr ölçüdə olan 16 səhifədən ibarət foto alboma 28 min şəkil daxil oldu. Samsung öz əsərini Berlində "Kommunikasiya və poçt muzeyində" nümayiş etdirdi. 7 sentyabrda isə Ginnesin Rekordlar kitabının ekspertləri onu dünyada ən böyük foto albom kimi qiymətləndirdilər.