LOreal Paris Nyu-York sakinlərinə öz imiclərini izləmək üçün qeyri-adi üsul təqdim etməyə hazırlaşır. 4 noyabr, tarixində şirkət texnologiya ilə rəngləri tanıyan avtomat quraşdıracaq. Avtomatın qarşısında dayanan geyimli xanımlara rəng silsiləsi və bunun əsasında göz üçün lazımlı kölgələr, dodaq və dırnaq boyaları təqdim olunacaq. Əgər avtomatın təqdim etdiyi təklif xanım tərəfindən bəyənilsə, o kosmetikanı yerindəcə əldə edə bilər. Bu qeyri-adi kampaniya R/GA digital – agentliyi CBS Outdoor reklam agentliyi ilə birgə hazırlanmışdır.
Avtomat 30 dekabr tarixinədək Bryant – Park metro stansiyasında quraşdırılacaq. Avtomatın təntənəli təqdimetmə mərasimində lent kanadalı supermodel Coco Rochaya tərəfindən kəsiləcək. Coco Rocha artıq markanın bir ay bundan əvvəl çıxan “Preference” saç boyasının reklam çarxında da çəkilib.
