Ötən ay ərzində Azərbaycanın internet xəbər səhifələrində yer alan xəbərlərin tendesiyaları və statistikaları açıqlanıb.
Azərbaycan-da internet, gündəlik mətbuat, sosial media və TV kanallarının monitorinqini və analizini edən “Nettrends” şirkəti 2013-cü ilin oktyabr ayının yekunlarını açıqlayıb və ay ərzində brend, şəxs və müəssisə adlarının nə qədər çəkilməsiylə bağlı statistikanı müəyyən edib.
Təqdim edilən rəqəmlər müvafiq adların Azərbaycanın internet məkanında olan Azərbaycan, rus və ingilis dillərində 140-dən çox xəbər saytında dərc edilmiş 185 mindən artıq məqalənin analizinə əsasən müəyyən edilib.
Bankların siyahısında liderliyi həmişəki kimi Bank of Baku və Unibank edir . Artıq bir neçə aydır ki, bu banklar xəbər statistikalarında yüksək pillələrdə yer alırlar. Bu banklar barədə çıxan xəbərlər bütün bank xəbərləri arasında müvafiq olaraq 23% və 16% təşkil edib.
Mobil operatorlardan Bakcell, sığorta şirkətlərindən isə “Ata Sığorta” birincidirlər. Avtomobil markaları siyahısına Mercedes və Hyundai, universitetlər siyahısına isə Azərbaycan Dillər Universitet və Azərbaycan Dövlət İqtisad Universiteti başçılıq edirlər.
Xarici məhsul brendlərinə Adidas 16%-lə, yerli məhsul brendlərinə isə Atena 47%-lə liderlik edir. Bu ay mediada ən çox danışılan alış-veriş mərkəzi Park Bulvar olub.
Nettrends oktyabr ayında xəbər saytlarında xəbərlərin sayına görə də analiz aparıb. Analizin nəticələrinə əsasən, ən çox xəbər oktyabrın 9-da, ən az xəbər isə oktyabrın 6-da yayılıb.
"Nettrends" bütün PR işlərini "vahid pəncərə"dən idarə etməyə imkan verən xidmətdir. Xidmət həm korporativ, həm də fərdi müştərilərə təqdim olunur.











