Chevrolet Mofilim ilə birlikdə 2 mart 2014-cü ildə “Oskar” mərasimində nümayiş olunacaq ən yaxşı reklam çarxı müsabiqəsini elan etdi. “İnsan həyatında sadə lakin əhəmiyyətli olan bir ana işıq tutacaq film çəkin” - Chevrolet qısaca açıqladı.
Marka 2012-ci ildə wordpress-in köməkliyi ilə Happy Grad adlı reklam çarxını çəkmişdi və o çox uğurlu alınmışdı. Videonun mövzusu - A nöqtəsindən B nöqtəsinə hərəkət edərkən hər birimizin gündəlik yaşadığımız təəccübləndirici anlar.
Reklam çarxı üçün markanın loqolarını və musiqilərini mofilm saytından yükləmək olar. İşlər dekabr ayının 9-na kimi qəbul olunur. Qalib 20000$ qazanacaq. Həmçinin müxtəlif bölgələrdən ən yaxşı üç film - Şimali Amerika, Cənubi Amerika, Avropa və dünyanın digər hissələrində mükafatlandırılacaqlar (8000$ 4000$ 2000$).