VETS agentliyi fransız avtomaşın markası üçün reklam kampaniyasına başladı. Fransız avtomaşın markası Peugeot Citroen VETS yaradıcı agentliyi ilə birlikdə Peugeot 208 üçün baş qəhrəmanı Pinocchionun müasir variantı olan reklam kampaniyasına başladı.



Yeni reklam kampaniyasının bir hissəsi orijinal konsepsiya ilə hazırlanıb: avtomabil insanı dəyişir hətta siz robot olsanız belə avtomabil sizin hisslərinizi oyatmağa qadirdir.



Hekayədə robot- Pinocchio Peugeot 208 avtomabilinin açarlarını onun yaradıcısından gizli bir şəkildə alır və o sükan arxasında əyləşən kimi onun insan hisslərinə bənzəyən yeni hissləri yaranmağa başlayır. İdea “Özündə yeni hisslər oyat” şüarı ilə gücləndirilir.