Siz təsəvvür edə bilməssiniz ki, qar dənəciklərinə yaxınnan baxıldıqda hansı emosiyalar yaranır.Aleksey Klyatovanın işləri həvəskar birinin texnikanın və fantaziyanın gücü sayəsində necə heyrətamiz kadrlar çəkə biləcəyinin bariz nümunəsidir. Fotoqraf özünün ən üst mərtəbədəki aynəbəndsiz eyvanına çıxaraq əldə düzəldilmiş kamerasını götürür və qar dənəciklərinin fantastik makro şəkillərini çəkir.
Onun bahalı avadanlığı yoxdur: aparatı Aleksey köhnə aparat hissələrindən piltələr, vintdən və bantdan istifadə edərək hazırlamışdır. Qar dənəciklərini o bəzən təbii işıqda yun parçanın küncündə ancaq daha çox şüşə üzərinə diodlu fənərdən əks tərəfə işıqlandırma etməklə çəkir. Qar lopasında ən maraqlı şey odur ki, onlar arasında iki eyni qar dənəciyinə rast gəlmək mümkün deyil. Belə müxtəlifliyə səbəb kristallaşma zamanı hər bir dənəciyin fərqli temperatur dəyişikliyinin olmasıdır ki, bu da onların strukturasında fərqliliyinə gətirib çıxarmışdır.













