İnternet şirkəti Google reklam gəliri ABŞ-nın çap nəşrlərinin reklam satışlarının gəlirini arxada qoydu. Bu haqda Business İnsider məlumat verdi. İgnition 2013 konfransında iştirak edən ümumi nəşr baş direktoru Henry Blodget elan etdi ki, 2013-cü ilin ilk yarım ilində Google bütün alınan amerika jurnallarından daha çox reklam satıb.



Bundan əlavə Google göstəriciləri bütün amerika qəzetlərinin göstəricilərini geridə qoydu. 2012ci ildə Google reklamdan qazandığı gəlir demək olar ki, 2007-ci ildə bütün amerika jurnallarının reklamlardan qazandığı gəlir qədərdir. Həmin andan etibarən dövrü nəşrlər reklam bazarında azalmağa başladı.



Google şirkəti 1998-ci ildə yaradılıb. 2000-ci ildə isə şirkət AdWords reklamını satmaq üçün xidmətə başladı. 2011-ci ildə AdWords gəlirinin 96 faizi Google payına düşdü. 2012-ci ilin sonunda Zenith Optimedianın sözlərinə əsasən internet bazarında Google gəliri 49 faiz, axtarış reklamı bazarında isə 82 faiz təşkil edir.



Henry Blodgettin sözlərinə əsasən cari ildə internet nəhənginin gəliri 60 milyard dollar təşkil edir. Faktiki olaraq bütün bu pullar reklamlardan qazanılmışdır-direktor Business İnsider bildirdi.