Bakı – 19 noyabr 2013-cü il. Noyabrın 22-də “Microsoft-Azerbaijan” şirkətinin təşkilatçılığı ilə Bakıda “İT mütəxəssislər üçünOffice 365” mövzusunda seminar keçiriləcək.
Tədbir çərçivəsində “Microsoft-Azerbaijan” şirkətinin strateji həllər üzrə mütəxəssisi Qaçay Mirzəyev seminar iştirakçılarına “Office 365” məhsulu barədə ətraflı məlumat verəcək, bu məhsulu harada istifadə etmək, onun aktivləşdirilməsi və sazlanması haqqında danışacaq.
Eyni zamanda, Q.Mirzəyev “Office 365 Demo” versiyasını nümayiş etdirəcək. Seminar Azərbaycan dilində keçiriləcək. Tədbir noyabrın 22-də “JW Marriot Absheron” hotelinin “Xocasan” zalında saat 09:30-dan 14:30-dək keçiriləcək. Seminarda iştirak etmək istəyənlər noyabrın 21-dək (+994 12) 437-38-00 (daxili 107) telefon nömrəsinə zəng edərək qeydiyyatdan keçməlidir.