Heineken “Dünyanın Adamı”nın şərəfinə cins paltarlar istehsal etmək üçün yapon geyim markası olan NEIGHBORHOOD ilə birləşdi. #Heineken100 Hieneken və digər markalar ilə birgə layihələr həyata keçirir. Cinslər #Heinekenin digər məhsulları kimi “markanın” yaşıl vurğusu və şirkət loqosunu əks etdirən xüsusi yarlıqlı olacaq.
#Heineken100 artıq dörd ildirki davam edir lakin "Heineken-Neighborhood" cinsləri isə 2013-cü ildə buraxılan üçüncü işdir. Marka oktyabr ayında KILLSPERNCER-dən olan bel çantasını təqdim etdi. Avqust ayında isə ötən il ayaqqabı istehsal etdiyi dizayner Mark McNairy ilə əməkdaşlığa davam etdi.
Son məhsul rəssam Eric Hazenin əl işi olacaq və bu ilin dekabr ayında Art Basel Milami Beach yarmarkasında təqdim olunacaq. #Heineken100 yarlıqları ilə istehsal olunan məhsullar satışa qoyulmayacaq. Onlar yalnız markanın adları məlum olan yüz elit müştərisi üçün nəzərdə tutulmuşdur.
