Honda şirkətinin idman avtomobilinin yeni modeli FCEV 2015-ci ildə buraxılacaq. Honda şirkəti Los Angelasdə keçiriləcək beynəlxalq Auto Showda 2015-ci ildə buraxılacaq olan yeni model FCEV avtomobilini təqdim edəcək.



İstehsalçılar bildirir ki, hidrogen avtomabil yanacaq doldurulması olmadan təxminən 500 km yol getməyi bacarar, bununla yanaşı tam doldurulmuş yanacaq ilə 3 dəqiqə ərzində 70 Mpa təzyiqlə gedə bilər.



Lakin idman avtomobilinin texniki xüsusiyyətləri barəsində heç bir məlumat verilmir. Honda FCEV avtomobili bütün hidrogen elementlər mühərrik bölməsində yerləşdirilən ilk beşqapılı avtomobil olacaq.



Gözlənildiyi kimi Hondanın yeni modeli FCEV 2015-ci ildə buraxılacaq. İstehsalçı həmin ildə artıq FCV sedan hidrogen avtomobilini hazırlamağı planlaşdırır. Hal-hazırda Hondanın yeganə hidrogen modeli FCX Clarity satılır.