Pepsi şirkəti İsveçdə başlamış futbol üzrə dünya çempionatının ikinci təsnifat turniri play-off cavab oyunu zamanı çəkdiyi reklam kampaniyasına görə Cristiano Ronaldodan üzr istəyib. Qeyd edək ki, bu oyun İsveç və Portuqaliya yığma komandaları arasında keçirilib.
Şirkətin reklamı bir çox insanı təhqir etdiyi üçün onlar təəssüf hissi keçiriblər. Pepsi şirkətinin qeyd etdiyi kimi onlar idmanı mənfi emosiyalara çevirmək istəməzdilər. Şirkət reklam kampaniyası ərzində internetdə Portuqaliya yığma komandasının futbolçusu Cristiano Ronaldoya bənzəyən üç kukla şəkli yerləşdirib.
Şəkillərin birində əl və ayaqları bağlı olan kukla relslərin üzərində uzanıb, digərində iynələr ilə əhatə olunub, üçüncü şəkildə isə kuklanın başı əzilmiş pepsi qutusu ilə təsvir olunub. Bu fotoşəkillər portal olaraq Portuqaliya əhalisi tərəfindən narazılığa səbəb olub. Əhali, pepsi şirkətini "üzr istəməyəcəyi təqdirdə baykot edəcəklərini" bildirib.
İsveç və Portuqaliya yığma komandları arasındakı dünya kuboku uğrunda cavab oyunu noyabr ayının 19-da Stokholmda keçirildi. Oyun 3-2 hesabla portuqaliyanın qalib olması ilə başa çatdı. Qolların üçünü də Cristiano Ronaldo vurdu. Birinci oyunda isə portuqaliya komandası 1-0 nəticə ilə qalib olmuşdu.