CarltonUnited Breweries şirkətləri Clemenger BBDO Melbourne agentliyi ilə birlikdə “The Cold Hotel” (soyuq otel) konsepsiyası əsasında “Carlton Cold” pivəsinin reklamını təqdim edir.



Kampaniya, il ərzində Avstraliya televiziya kanallarında nümayiş olunacaq sitcom üslubunda səkkiz video-çarxı özündə birləşdirir. Çarxın qəhrəmanları: otelin sahibi-Fred, barmen-Yeti, otel meneceri-Ray Frost və başqalarıdır. Hadisələr buzla örtülü barda baş verir.



Sitcomlar “Cool Hotel” (soyuq otel) adlı ümumi ad daşıyır. Bu konsepsiya "Carlton Cold" pivəsinin yeni yarlıqlarının reklam olunması məqsədi ilə hazırlanmışdır. Bu yarlıqlar istilik mürəkkəbindən istifadə etməklə hazırlanmışdır. Onlar temperaturdan asılı olaraq yarlıqlarda rəng dəyişkənliyinə imkan verir. "Carlton" və "United Breweries" şirkətlərinin marketinq meneceri Andrew Meldrum deyir: "Kampaniyanın məqsədi, markanın müasir və qeyri-adi yeni kimliyini açıqlamaq və onu digər piyvə markalarından fərqləndirməkdir."