Yaponiyanın kosmetika şirkəti Shiseido ABŞ-da promo-kampaniya keçirmək üçün Shinto ənənələrinə müraciət etdi. Shinto məbədlərinin qədim adətlərinə görə emahlar xüsusi taxta lövhələr üzərində tanrıya və ruhlara məktublar yazırdılar ki, onlar oxusunlar.
Shiseido bu adəti əsas götürərək bütün dünyadan olan istifadəçilərin "Facebook"da öz dostlarına xöşbəxtlik və gözəl arzularını göndərə biləcəyi #SharetheEma tətbiqini təqdim etdi.
İstifadəçilər öz emahları üçün bu keyfiyyətlərdən birini seçə bilərlər: gözəllik, mərhəmət, mənəviyyat, qonaqpərvərlik, xeyirxahlıq, güc, alicənablıq və sağlamlıq. Hər bir virtual rəsmdə ingilis dilində şərh olunmuş fəziləti simvollaşdıran və ürəyiaçıqlığı, xeyirxahlığı təmsil edən yapon xarakterləri və müəyyən şəkillər var.
