Ölkənin əsas meydanında quraşdırılmış nəhəng ölçüyə malik "Louis Vuitton" çamadanına diqqət yetirməmək mümkün deyil. Bu çamadan “Spirit of Wandering” məhşur markasının dekabr ayının 2-dən yanvar ayının 19-dək keçiriləcək sərgisini təmsil etmək üçün planlaşdırılmışdır.



Sərgidə İsaDora Duncan, Greta Garbo, Ernest Hemingway, Catherine Deneuve markalarının səyahət çantaları və çamadanları və eyni zamanda nə vaxtsa bu markanın məhsullarından istifadə etmiş bir çox məhşur və tarixi şəxslər təqdim olunmalı idi.



Lakin bu çox maraqlı idea baş tutmayacaq. "Louis Vuitton" çamadanını ölkənin əsas meydanından yığışdırmaq tələb olundu. Bu qərarın səbəbi əhalinin və bəzi siyasətçilərin mənfi reaksiya verməsinin nəticəsi kimi ehtimal olunur.



Çamadanın quraşdırılması sosial şəbəkələrdə də çox müzakirə olundu və bunun nəticəsində də “bu ayıbın aradan qaldırılması” fikri yarandı. Bu sərgi layihəsi qeyri-kommersiya xarakteri daşıyırdı və sərgidən yığılan pullar “Naked Heard” xeyriyyə fonduna bağışlanacağı nəzərdə tutulmuşdu. Hətta bu fikir belə layihəyə etiraz edən şəxsləri sakitləşdirmədi.