PUMA özünün ən məhşur idman ayaqqabılarından biri olan “Puma Suede”nin 45-ci il dönümünü qeyd edir. Pumanın il dönümü şərəfinə müxtəlif dostlar və bu idman ayaqqabısı haqqında 134 səhifədən ibarət olan “Puma Suede haqqında 45 hekayə” adlı kitab nəşr edən Pumanın rəhbərliyi bir araya gəldilər.
Kitabda dünyanın hər yerindən olan müxtəlif sektorların 45 lideri "Suede" idman ayaqqabısının onlar üçün nə əhəmiyyət kəsb etdiyi haqqında fikirlər söylədilər.Onların arasında rəssam Ron English, musiqiçi Proffessor Green, SneakerFreaker jurnalın qurucusu və təsisçisi Simon “Woody” Wood də var.
Kitab safir mavi zamşa ilə əhatə olunmuş və yubiley "Puma Suede Shapphire" idman ayaqqabısı ilə birlikdə qızılı qutuya yerləşdirilmişdir. "Puma Suede Shapphire" idman ayaqqabısı Yaponiyada ayqqabıların yaranmasında xüsusi inkişaf etmiş texnologoyadan istifadə edilmiş bir fabrikdə hazırlanmış və istehsal olunmuşdur.
İdman ayaqqabıları “kral” zamşa ilə əhatə olunmuşdur. Daban hissəsinin yan tərəfində isə lazerdən hazırlanmış " Shapphire" nişanı var. Ayaqqabının iplərinin bağlandığı hissədə ”Made in Japon” keyfiyyəti və dağ-mədən alətlərinin işarəsinin həkk olunduğu nişanı görmək mümkündür. Ümumi 450 ayaqqabı cütü istehsal olunub. Onların hər biri safir dəri çantada və yaşıl retro qutuda qablaşdırılıb.




