Hendmeyd məhsulları satan məhşur online mağaza Etsy.com Sidneydə qısa müdddət ərzində belə mağazaların icarəsi ilə məşğul olan "Popup Brands" şirkətinin dəstəyi ilə ilk pop-up mağazasını açdı.



Pop-up müştərilərə adətən yalnız online gördükləri əşyalara toxunmaq və əllərində tutmaq kimi unikal imkan yaradır. Pop-up mağazalarının bir çox faydası var. Müvəqqəti pərakəndə müəssisələrdə öz gücünü sınamaq üçün bu təcrübə vasitəsi ilə daha çox biznesə qoşulmaq olar –“Etsy”nin yerli meneceri Jason Chuck bildirdi.



"Etsy"nin pop-up mağazası tam zamanında, Avstraliyada ilin ən qaynar alış-veriş ayı olan dekabr ayında açıldı. MağazadaDIY seminarları keçiriləcək. Orada həmçinin "Etsy"nin ən məhşur məhsullarından olan "çubuq üzərinə taxılmış bığla" özünüzü yaxalaya biləcəyiniz foto guşə yaradılmışdır.