Adidas öz idman ayqqabılarını müxtəlif cür təcrübədən keçirtmək üçün yaradıcı insanlarla əməkdaşlıq etməyə davam edir. Bu dəfə İngiltərədən olan illüstrator və qrafik dizayner Chris Anderson öz versiyasını təqdim etdi.



Belə ki, dizayner Chris Anderson adidas üçün kartondan idman ayqqabıları hazırladı. Dizayner Chris Andersonun adidas üçün təqdim etdiyi idman ayaqqabıları eyniylə markanın 2014-cü il yaz-yay kolleksiyası üçün nəzərdə tutulmuş modellərindən hazırlandı.



Oxşar idman ayqqabıları 100 faiz təbii məhsullardan və büzülən kartondan hazırlanıb. Dizayner bu markadan olan Stan Smith, Kampüs, Superstar Shelltoe, ZX700 ZX8000 kimi modellərin açıq-qəhvəyi rəngdə oxşarlarını hazırladı. Bu markanın karton kolleksiyası xüsusi olaraq kişi paltarları və ayqqabıları satan məhşur The Chimp mağazası üçün hazırlanmışdır. Adidasın dəri və vinildən hazırlanan əsl 2014-cü il idman ayyaqbısı modelləri gələn il elə həmin mağazada satılacaq.