Əslində bu “iPad Air”də bircə barmağın köməyi ilə yaradılmış olduqca real şəkildir. Müəllif Böyük Britaniyadan olan rəssam və illüstrator Kyle Lambertdir. Bu cür rəsmi yaratmaq üçün rəssama bir ay vaxt lazımdır. Belə əziyyətli işdə super real təsvirə nail olmaq üçün çoxsaylı fırçalardan istifadə olunub.
Rəssam ən incə məqamları belə nəzərə alıb. Bu rəssamın ilk işi deyil. Onun You Tube kanalında iPad üzərində etdiyi bütün iş kolleksiyasını görmək mümkündür. Məsələn Beyonce və Rihanna. Ən maraqlısı da odur ki, rəssam bütün bunları bizim qohumlarımızın və ya tanışlarımızın Angry Birds oynamaq üçün sərf etdiyi quraşdırmada edir.