Red Keds yaradıcı təşkilatı vəSupra şirkəti kənddə dijital texnologiyanın tətbiqi və nənələrə tabletdən istifadə qaydasını izah etməklə məşğul oldu. Layihə çərçivəsində təşkilat səlahiyyətliləri Moskvadan 150 km məsafədə yerləşən "Kalitsyno" kəndinə getdilər.
Supra şirkəti orada yaşayan əhaliyə onlara necə ev işlərində kömək edə biləcəklərini təqdim etdilər. Bu haqda kiçik bir film çəkildi. Təşkilatçılar layihəni davam etdirməyi planlaşdırır.
Layihənin saytında gələcək belə işlərdə iştirak etmək üçün qeydiyyatdan keçmək mümkündür. Komanda onlara Supra şirkətinin yeni texnologiyası haqqında məlumat vermək üçün növbəti kənddə olan qocalar evinə və ya nənələr cəmiyyətinə getməyi planlaşdırır. “Dijital texnologiyaya uyğunlaşmaq yaşlı nəsil üçün olduqca çətindir.
Mən çox şadam ki, bu məsələni bizimlə birlikdə həll etməyə çalışan müştərilərimiz var. Mən şəxsən yaşlı nəslin digital texnologiyadan istifadə edə bilməsində köməklik göstərmək üçün bu təcrübəni davam etdirəcəm” layihənin yaradıcı direktoru Vasili Lebedev bildirib,