SiblingRivalry studiyası “Rapper Jay Z”in yeni ətri üçün “Gold Jay Z ”adlanan reklam çarxı hazırladı. Sanki qızıl ilə əhatə olunan bu film KSB+P təşkilatı ilə birlikdə işlənib hazırlanıb. Reklam çarxında top-model Heide De La Rosa çəkilib.



"Gold Jay Z ətrinin toxunduğu hər şey qızıla çevrilir-filmin mövzusu bu cür idi. Filmin özü isə musiqi klipini xatırladır. Həm təşkilat, həm müştəri bizim kimi yeni ətrin reklam çarxının bir hissəsi olmaq istəyərdilər. Bu, bizə eksperimentlər üçün böyük bir yer verdi.”-SiblingRivalrynin yaradıcı direktoru Joe Wright bildirdi. Ətiri ətriyyatçı Illias Erminidis, yeni ətir üçün qızılı qapağı isə Jacob The Jaweler hazırlayıb.



Qapaq “Jay Z”nin ruhlandırıcı Courage (cəsarət), Power (güc), Confidence (əminlik), Success (uğur), Strength and Pride (güc və qürur) sözləri ilə əhatə olunmuşdur. 150 ABŞ dolları dəyərində olan ətirin satışından əldə olunan gəlirin yarısı ehiyacı olan tələbələrə təqaüd təqdim edən “The Shawn Carter Foundation” təşkilatına bağışlanacaq. Jay Z BudweiserSamsung Galaxy kimi məhşur markalarla əməkdaşlıq edir.