Böyük Britaniyada beş yaşlı qız şam ağacının oyuncağını qırdığı üçün mağazaya məktub və iki funt sterlinq dəyərində pul göndərib. Balaca qızın yazdığı məktub bu cür idi: “Bağışlayın mən şənbə günü şam ağacının oyuncağını qırmışam. O iki funt sterlinq dəyərində idi. Bu pullar onun puludur. Bir daha bağışlayın. Feyt, beş yaş”.
Pullar yapışqanlı lent ilə rəngli kağızın üzərində məktubun içərisinə yapışdırılmışdır. Mağazanın nümayəndələrinin sözlərinə görə istirahət günü mağazaya ziyarətçilərin böyük axını müşahidə olunmuşdur.
Bu səbəbdən də şam ağacının oyuncağının qırılması olduqca çox olmuşdur. Ona görə də məhz Feytin qırdığı oyuncağı müəyyən etmək qeyri-mümkündür. John Lewis əməkdaşları bilidirib ki, balaca qızın yazdığı məktub onlara son dərəcə təsir edib və ümid edirlər ki, onun şəxsiyyətini müəyyən etmək mümkün olacaq. Kembric Twitter istifadəçiləri “Feytin tapılması” kampaniyasına qoşulublar. Özlərinin mikroblogunda #findfaith (Feyti tap) hashtagı altında ismarıc yerləşdiriblər. Əgər balaca qız tapılsa mağaza ona öz məhsullarından hər hansı bir şey hədiyyə edəcək.