Stella Artois bayram mövsümünün başlaması ilə əlaqədar olaraq "Swarovski Kristalları" və bir neçə "Platin" ilə əhatə olunmuş büllur qədəhlərin silsiləsini təqdim etdi. Türkiyədə əllə yaradılmış möhtəşəm seriyanın təqdim etmə mərasimi ötən həftə Londonda və Nyu-Yorkda oldu.
Kolleksiya, artıq ayrı-ayrı bazarlarda, o cümlədən ABŞ, Böyük Britaniya, Belçika, Braziliya, Çin, Rusiya və daha 24 ölkədə satılır. “Crystal Chalice” qədəhləri 500 ABŞ dolları dəyərindədir.
Büllur qədəhləri yaradan Stella Artois qədim Belçika ənənələrini yad etdi. Belçikada həqiqi pivə pərəstişkarları fərdi qədəhlərə sahibdir. Qədəhlər Türkiyədə hazırlandıqdan dərhal sonra onların Swarovski kristallar və bir neçə platin ilə bəzədilməsi üçün Avstriyaya göndərilib.