Apple iOS üçün yeni 12 Days of Gifts tətbiqini təqdim etdi. Onun köməyi ilə istifadəçilər dekabr ayının 26-dan yanvar ayının 6-dək hər gün şirkətdən müxtəlif hədiyyələr əldə edəcəklər. Pulsuz tətbiq müxtəlif ölkələr, o cümlədən Rusiya, ABŞ, Yaponiya və avropa ölkələri üçün nəzərdə tutulmuşdur.



Onu sadəcə yükləmək kifayətdir ki, hər gün oyunlar, kino filmlər, kitablar və ya musiqi parçaları kimi xoş hədiyyələr qazanmaq mümkün olsun. Hər bir hədiyyə yalnız 24 saat ərzində çatdırılacaq. Apple şirkəti bu şansı əldən qaçırmamaq üçün onu yükləməyi tövsiyyə edir.