Amsterdam özünün 400 ilinin tamam olması ilə əlaqədar olaraq orijinal suvenir silsiləsi təqdim etdi. Bu silsilə dörd məhşur su kanalından toplanan su ilə doldurulmuş şüşələrdən ibarətdir. "Prinsengracht", "Keizersgracht", "Herengracht" və "Singel"dən olan sular içmək üçün nəzərdə tutulmamışdır.



Lakin bu kolleksiya vasitəsi ilə bütünlüklə başa düşmək olar ki, şəhərlərdə olan su kanalları 17-ci əsrdə yaradılmış və 2010-cu ildə isə “YUNESKO”nun Dünya İrsinə daxil olmuşdur. Hər bir dizayn şüşəsi “Amsterdam Canal Aqua” izahlı yarlıqları və özündə hansı kanaldan suyun toplaması haqqında məlumat əks etdirən QR-kodu ilə təmin olunur. Suvenir Amsterdam mağazalarında satılır. Layihəni İris təşkilatının Amsterdam filialı hazırlayıb.