Nissan daha gənc və təcrübəli kütlənin diqqətini cəlb etmək üçün “Tokio Motor Show”da daha bir yeniliyə imza atdı. Avtomobil istehsalçısı, Oculus VR və AKQA London təşkilatı ilə birlikdə eynək hazırladı. Bu eynəklər “Oculus Rift” adlanır.
“Eynəyi taxa zaman insan 3D dünyasına düşür. Onun vasitəsi ilə özünün avtomobil anlayışını qurmaq mümkündür.”-Creativity Online yazır. “Oculus Rift”ı yalnız gözlər ilə idarə etmək mümkündür. Dizyn prosesi bir oyun şəklində hazırlanmışdır.
Məsələn, səhnədə hava şarları, çayda isə qayıq ilə olan insanlar var. Birincini seçənlər öz seçimi ilə bildirdi ki, onlar rahatlıq və zəriflik istəyirlər. Ikincini seçənlər isə onlara yalnız əyləncənin lazım olduğunu elan etdi. “Biz, avtomobilə marağı olmayan lakin dijital texnologiya onlar üçün doğma olan insanların diqqətini çəkmək istədik.”-Nissanın dijital strategiyasının rəhbəri Delu Jakson deyir. Qeyd edək ki, Nissan bir müddət əvvəl yalnız sürücülər üçün nəzərdə tutulmuş Nissan 3E eynəklərini hazırlamışdı.
