Special K ABŞ-da Leo Burnett markası ilə birlikdə "Shhhhut down fat talk" (yağ haqqında danışmağı qurtarın) adlı kampaniya başlatdı. “Shhhh” geyim mağazasında aparılan təcrübə əsasında məlum oldu ki,qadınların 93 faizi elə hesab edir ki, onların artıq çəkisi var və bunu öz rəfiqələri ilə bölüşür.
Bunun nəticəsində iki dəqiqəlik reklam çarxı çəkildi. Reklam çarxında xanımlar mağazaya daxil olur və istədiyi paltarı seçdiyi zaman onun qiymət yarlığında “mən bununla kök görsənərəm” kimi yazılar görürlər.
“Biz əminik ki, yağlar haqındakı bu söhbət çəkinizə nəzarət etməkdə bir maneə deyil. Biz sübut etdik ki, pozitiv yanaşma çəkiyə nəzarət etmək üçün ən yaxşı yoldur.” bu sözlər “YouTube”dakı videonun altında yazılıb.
