Jan Klod Van Dammanın “epik şpaqatı”nın "kaver versiyası"nı Çak Norrisə çox bənzəyən bir şəxs tərəfindən həyata keçirilməsi “You Tube”da çox məhşurluq qazandı. Şübhəsiz ki, reklam çarxında Çak Norrisin sözü belə gedə bilməz.
Yaxşıca qrimlənmiş bir şəxs artıq həyatda ikən əfsanəyə çevrilən,ötən illərin ulduzunun fövqəltəbii qabiliyyətini açıq-aşkar işarə edir. "Çak Norris" “Van Damma”ın məhşur epik şpaqatını "Volvo" yük maşınlarında deyil iki Boinq nəqliyyat təyyarəsi üzərində təkrarlayır.
Qəhrəmanın çiyinlərində isə yolka şəklində Amerika xüsusi təyinatlılarının döyüşçüləri düzülüb. Çak Norris “You Tube”da Jan Klod Van Dammaın rekordunu keçə biləcəkmi? Bunu hələ tam dəqiq demək olmaz. Lakin, indidən məlumdur ki, bu Yeni İl Təbriki ayın ən çox izlənən videosu olacaq.