WWF İtaliyada Pets4Pets layihəsini reallaşdırdı. Kampaniya Leo Burnett şirkəti ilə birlikdə hazırlamışdır. Layihəyə professional fotoqraflar, rəssamlar, rejissorlar, animatorlar, post-istehsalçıları və s. cəlb olunub.



Bu insanlar təbiətin qorunması mövzusunda iki teleçarx,səkkiz reklam plakatı və dörd radioçarx hazırlayıb. Uşaqlar reklamda hansı heyvanların iştirak edəcəyini özləri seçib.



Onlar tamamilə bütün proseslərdə iştirak edib. Final nəticələrini lazım gəldikdə mütəxəssislər redaktə etməsinə baxmayaraq ümumilikdə bütün kampaniyanı 80 uşaq yaradıb.