Kanadalı ağıllı telefon istehsalçısı BlackBerry üçüncü rübdə 4,4 milyard dollar zərər etdiyini açıqlayıb. "BlackBerry"dən verilən açıqlamada əldə qalan inventarlar səbəbilə Kanadalı şirkətin 4,4 milyard dollar zərərə uğradığı qeyd edilib.


 


Bu da bir səhmə 8,37 dollarlıq zərər mənasını verir. Şirkətin üçüncü rübdəki gəlirləri isə bir əvvəlki rüblə müqayisədə  24% düşərək 1,2 milyard dollar təşkil edib.


 


Satıla bilməyən invanter içərisində bu ilin əvvəlində bazara çıxarılan və şirkəti qurtaracağı ümid edilən "BlackBerry 10" telefonlarının da olduğu qeyd edilib. Zərər xəbəri "BlackBerry" səhmlərində  3% enişə gətirib çıxardıb. Digər tərəfdən "BlackBerry", mübarizədən hələ çəkilmədiyi nümayiş etdirir,


 


Apple elektronika tədarükçüsü olan Tayvanlı "Foxconn" ilə ortaqlıq razılaşması imzalayıb. "BlackBerry"yə görə, "Foxconn" ilə əldə edilmiş beş illik razılaşma çətin vəziyyətdəki telefon istehsalçısının İndoneziya başda olmaq üzrə böyüyən bazarlarda inkişafına kömək olacaqdır.