Samsung Electronics iri miqyaslı idman marketinq layihəsini davam etdirir. Şirkət Galaxy 11məhsulu üçün yeni reklam çarxı təqdim etdi. Bu rekalm çarxının mövzusu Dünya və yad planetlilər arasında futbol matçının inkaş etdirilməsi çərçivəsindədir.
Layihə bu ilin noyabr ayında start götürdü. Iri miqyaslı layihənin yaradılmasında Samsung şirkəti R / GA və Cheil Worldwide təşkilatları ilə birlikdə fəaliyyət göstərib.
Şirkətin xüsusi saytında bütün məlumatlar yerləşdirilib. Bu həftə “başlanğıc” adlı video çarx izləyicilərə təqdim edildi. Video çarxın əsas mövzusu Yad planetlilərin Yer kürəsinə gəlməsindən və ulduz komandanın məşqçisi (Futbolun əfsanəsi Franz Beckenbauer) əfsanəvi oyunda iştirak üçün ən yaxşı oyunçuları bir araya yığmasından ibarətdir.