Tiffany & Co. İsveçrəli saat istehsalçısı Swatch-a iki şirkət arasındakı müvəffəqiyyətsiz ortaqlıqdan qaynaqlanan zərərlər səbəbilə 449.5 milyon dollar cərimə ödəyəcək. 


 


Bu rəqəm “Tiffany”nin keçən il açıqladığı illik qazancından daha çoxdur. “Tiffany”nin başçısı Michael Kowalski qərardan təəssüf hissi keçirdiyini və hüquq qrupu ilə şirkətin əlindəki variantları müzakirə etdiklərini açıqlayıb.


 


Sözü gedən iki şirkət “Tiffany” marka saatların qlobal bazarlarda inkişafını, istehsalını və paylanmasını artırmaq üçün 2007-ci ildə ortaqlığa getmişdi. Hər iki şirkət tərəfindən də tarixi olaraq qiymətləndirilən və 2011-ci ilin sonunda bitdən razılaşma heç bir zaman ciddi şəkildə yerinə yetirilə bilinməmişdi.


 


 “Swatch” çox yavaş davranmaqda günahlandırdığı “Tiffany” ilə yaşanan anlaşılmazlığı hüquqi baxımdan həll etmək üçün Hollandiyada məhkəməyə müraciət etmişdi. “Tiffany” isə saatları digər pərakəndəçilərin rəflərinə çatdırmamaqla günahlandırdığı “Swatch”a qarşı iddia açmışdı. “Swatch” dekabr 2011-də “Tiffany”yə 3.8 milyon franklık, “Tiffany” isə Mart 2012-də “Swatch”a qarşı  541.9 milyon franklık iddia açmışdı.


 


İddia nəticəsində “Tiffany”nin təxminən 402 milyon frank cəza ödəməsinə hökm edildi. Tiffany 31 oktyabrda sona çatan ilk doqquz ayda 2.7 milyard dollarlıq satış, 285 milyon dollar qazanc əldə edib. Cərimə ilə bərabər, şirkət faiz, 8.8 milyon dollarlıq qanuni xərclər ilə təhkim xərclərinin üçdə ikisini qarşılamaq məcburiyyətindədir.